шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib

Dekabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsi üzrə təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və 2019-cu ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir rəsmi və bədii hissədən ibarət olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

[gallery ID=153]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək universitetin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, həyatda və təhsildə uğurlar arzulayıb. Rektor çıxışında Azərbaycan xalqının mübarizə ruhundan, qələbə əzmindən danışıb. Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın həmrəyliyi, tariximizin, milli-mədəni irsimizin dünyada tanınması yolunda həyata keçirdikləri böyük işləri diqqətə çatdırıb.

Tədbirdə 24 dekabr tarixinin möhtərəm Prezidentimiz İlham Əliyevin doğum günü olması xüsusi vurğulanıb, ADPU-nun rəhbərliyi, müəllim və tələbə kollektivi adından dövlət başçımıza uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzu edilib.

Tədbirin bədii hissəsində isə tələbə-gənclərin hazırladıqları musiqili kompozisiyalar, rəqslər və ifalar, Şuşa Humanitar Kollecinin Xalq çalğı alətləri ansamblının bir-birindən gözəl ifaları, tanınmış müğənnilərin, məhşur rəqs qruplarının, Şaxta baba və Qar qızın çıxışları yer alıb. Bədii hissədə həmçinin THİK-in təşkilatçılığı ilə  keçirilən "ADPU SƏS" müsabiqəsinin 3-cü mövsümünün qaliblərinin ifası və mükafatlandırılması gerçəkləşib. Qeyd edək ki, müsabiqəyə Bank of  Baku sponsorluq edib. Bankın əməkdaşları tərəfindən mükafatlar I yerin qalibi Leyla Həbibzadəyə,  II yerin qalibi Minayə Novruzovaya və  III yerin qalibi Nərgiz Kərimovaya təqdim olunub. Tədbir  hamıda yüksək əhvali-ruhiyyə yaradıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi