шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da dövlət qulluğu ilə bağlı mühazirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Dövlət (ADPU) qulluğunun baş müşaviri Vidadi Rzayevin “Qanunvericilik dövlət qulluğu sahəsində əsas meyarlardan biri kimi” mövzusunda mühazirəsi keçirilib. Tədbirdə universitetin Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera bölməsini müdiri Könül Əsgərova, Fondun sektor müdiri Xatirə Hüseynova iştirak ediblər. K.Əsgərova kursun təşkili haqqında məlumat verib.  

Sektor müdiri X.Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, 2019-cu ildən başlayaraq, universitetdə gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması üçün aztəminatlı ailələrdən olan yuxarı tədris ili tələbələri üçün ödənişsiz hazırlıq kurslarının açılması planlaşdırılıb.

V.Rzayev gənclərə dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Mühazirəçi deyib ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi