шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da "Cümhuriyyətin tələbələri" və "Parisdən məktublar" filmləri nümayiş etdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 31-də “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin və Dövlət Flim Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrində “Azərbaycan Kinosu Günləri” keçirilir.  “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, dekabrın 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunub. 

[gallery ID=110]

“Azərbaycan Kinosu Günləri” çərçivəsində dekarın 6-da ADPU-un 2 nömrəli tədris binasında  "Cümhuriyyətin tələbələri" və "Parisdən məktublar"  filmlərinin tələbələr üçün nümayişi keçirilib. Qeyd edək ki, nümayişdə Tarix və coğrafiya fakültəsinin məsul şəxsləri, fakültə üzrə TGT-nin sədri Taleh Mirzəyev, TGT-in 2 nömrəli tədris binası üzrə nümayəndəsi Xəyal Mirzəli və müxtəlif fakültələrdən 200-dən çox tələbə, həmçinin Mədəniyyət Nazirliyinin əməkdaşı, kinoşünas Şəhla Əmirli və  filmlərin rejissoru, kinorejissor Tahir Əliyev iştirak ediblər.

Filmlərin nümayişindən öncə fakültə TGT-nin sədri Taleh Mirzəyev çıxış edərək kino günlərinin və nümayiş olunan filmlərin əhəmiyyətindən danışıb.

Mədəniyyət Nazirliyinin əməkdaşı, kinoşünas Şəhla Əmirli çıxışında bildirib ki, nümayiş olunan sənədli film nümunələri tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rola malikdir.

"Cümhuriyyətin tələbələri" və "Parisdən məktublar" filmlərinin rejissoru, kinorejissor Tahir Əliyev  filmlər, onların əhatə etdiyi mövzuların əhəmiyyəti haqqında ətraflı məlumat verib və gəncləri tariximizə həssas yanaşmağa səsləyib. O, filmlərin nümayişinə şərait yaratdığına görə ADPU-nun rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra "Cümhuriyyətin tələbələri" və "Parisdən məktublar"  filmləri nümayiş etdirilib. Hər iki film tələbələr tərəfindən maraqla qarşılanıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi