шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib

Dekabrın 19-da Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib.  Tədbirdə ADPU-nun rəhbərliyinə təmsil olunan məsul şəxslər, fakültə dekanları, kafedra müdirləri və IV tədris ilinin tələbələri iştirak ediblər.

[gallery ID=135]

Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov qeyd edib ki, bugünkü seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin sonuncu tədris ilində pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Son illər Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu yüksəlib, bu peşəyə maraq xeyli artıb. Sevindirici haldır ki, son illər 500-dən yüksək bal toplayan çoxlu sayda gənc müəllimlik peşəsini seçir. Dosent E.Aslanov çıxışının sonunda seminarın keçirilməsinə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb. 

Seminarda  İnsan Resursları Mərkəzinin baş mütəxəssisləri Elçin Abıyev, Suqra Quliyeva, Əli Qocalı, Nərmin Quliyeva və Aylan Məmmədova təqdimatlar ediblər. Tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyətini əks etdirən bukletlər paylanılıb.Seminarda həmçinin müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat verilib və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.

Seminarda ADPU-nun məzunları olan və Müəllimlərin İşə Qəbulu Müsabiqəsində  (MİQ) 59 bal toplayaraq Bakı şəhəri 20 nömrəli tam orta məktəbə “İbtidai sinif müəllimliyi”ixtisası üzrə işə qəbul edilmiş Xəyalə Hüseynli, 59 bal toplayaraq Bakı şəhəri 102 nömrəli tam orta məktəbə “Coğrafiya müəllimliyi” ixtisası üzrə işə qəbul edilmiş İdris Abıyev, 55 bal toplayaraq Bakı şəhəri 27 nömrəli  tam orta məktəbə “İnformatika müəllimliyi” ixtisası üzrə işə qəbul edilmiş Elvin Səlimov çıxış edərək müsabiqənin şəffaf və obyektiv keçirilməsindən razı qaldıqlarını bildiriblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi