шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da PETRA layihəsi çərçivəsində təlimlər davam edir

Dekabrın 18-də İspaniyanın Valensiya Politexnik Universitetinin koordinatorluğu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də tərəfdaş olduğu “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi”  (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities - PETRA)  layihəsi çərçivəsində ADPU-da növbəti təlim keçirilib.

[gallery ID=140]

Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadənin “Sosial tədqiqat prosesinin dizaynı” mövzusunda keçirdiyi təlimin benefisiarları ADPU-nun doktorantları və magistrantları olub. Layihənin 3 nömrəli iş paketinə daxil olan təlimdə ümumilikdə 26 nəfər iştirak edib. Məlumat üçün bildirək ki, təlimlərin əsas mövzusu ali təhsil müəssisələrində tədqiqat və inkişaf, tədqiqat və inkişaf sahəsində Avropa təcrübəsi, sosial tədqiqat, onun dizaynı və strukturundan ibarət olub. Əsas məqsədin ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilərək tətbiq və təşviq edilməsi, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün zəmin yaradılmasından ibarət olan təlimdə ADPU-nun nümayəndəsi  təlim iştirakçılarının suallarını cavablandırıb.  

Qeyd edək ki, layihə çərçivəsində təlimlərin keçirilməsi davam edəcək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi