шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU futzal üzrə idman yarışında iştirak edib

Noyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ali məktəb tələbələrinin futzal üzrə idman yarışına start verilib. A qrupunda Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Slavyan Dövlət Universiteti (SDU) və Bakı Ali Neft Məktəbi (BANM) yer alıb. Qrupdan çıxdıqdan sonra isə sırasıyla Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Texniki Universiteti (AZTU) məğlub edən komandamız finala vəsiqə qazanıb.

          Dekabrın 5-də keçirilən final oyununda Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) Gəncə Dövlət Universiteti (GDU) ilə qarşılaşıb. Azərbaycan Dövlət Pedoqoji Universiteti(ADPU) 21 Ali  məktəbin yer aldığı yarışda II yeri tutub. Bu uğuruna görə komandamızı təbrik edir və gələcəkdə uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi