шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun əməkdaşı və tələbəsi elmi-yaradıcılıq müsabiqəsində iştirak edib

Dekabrın 25-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov və universitetin Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının 301-ci qrup tələbəsi Taleh Mirzəyev birgə işlədikləri layihə ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "İdeya var! Gənclərin II Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində iştirak edib. Layihə "Nümunəvi təhsil texnologiyaları:  hər bir müəllim, tələbə və şagird üçün" adlanır və "Sosial sahə və təhsil" nominasiyasına təqdim edilib. Ümümilikdə müsabiqəyə müxtəlif ali təhsil müəssisələri, gənc alimlər tərəfindən 187 layihə təqdim olunub və seçilmiş 25 ən yaxşı iş "İdeya var!" Gənclərin II Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində sərgilənib. Seçilən 25 layihə arasında yer alan ADPU nümayəndələrinin işi də fərqlənməyə görə diplomla təltif edilib. 14 qalib isə diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Ümumi mükafat fondu 4 min manat olan müsabiqədə hər nominasiya üzrə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin sahibi 300 manat, 3-cü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif edilib.

[gallery ID=154]

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Seçilən layihələrin sərgisi çərçivəsində eyni zamanda müxtəlif elmi şoular təşkil edilib, elmi eksponatlar nümayiş edilib, müxtəlif elmi viktorinalar keçirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi