шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun əməkdaşı Zülfiyyə Vəliyeva Respublika Müəllimlərinin Beynəlxalq Seminarında iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva dekabrın 1-də Turkuaz Karyera Mərkəzi, Azərbaycan Respublikasının Təhsil Cəmiyyəti və İstanbul Şehir Universitetinin birgə təşkilatçılığı, Xəzər Universitetinin dəstəyi ilə Milli Məclisin deputatları,  aparıcı təhsil işçiləri, ali məktəblərin professor-müəllimləri, respublikanın müxtəlif rayonlarından gəlmiş qabaqcıl müəllimlər və ekspertlərin iştirakı ilə keçrilən Respublika  Müəllimlərinin Beynəlxalq  Seminarında  iştirak edib. Qeyd edək ki,  ümummilli liderimiz Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” devizi ilə keçrilən seminarın əsas məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı  təhsil işçilərinin yeni texnoloji və tətqiqat keyfiyyətlərinin artırılması, təcrübələrin paylanması, müəllimlərə dəstək məqsədilə keçirilib. Seminarda birgə əməkdaşlıq nəticəsində əldə olunan uğurlar, müəllimlərin   qarşısında dayanan vəzifələr, onlara göstəriləcək metodiki köməkliklər haqqında məlumatlar dinlənilib. Seminarın  işində fəal iştirakına görə Zülfiyyə Vəliyeva sertifikata layiq görülüb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi