шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun əməkdaşları “Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər” mövzusunda keçirilmiş konfransda iştirak ediblər

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimləri İlham Abbasov, filologiya üzrə fəlsəfə doktoru Bəhram Məmmədov,İlkin Əsgərov Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın  media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər” mövzusunda keçirilmiş konfransda Azərbaycan Mətbuat Şurasının  Dil üzrə monitorinq qrupunun üzvləri kimi iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Şuranın sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, akademik Nizami Cəfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımov, Azərbaycan Mətbuat Şurasının Dil üzrə monitorinq qrupunun rəhbəri İlham Abbasov, üzvləri filologiya üzrə fəlsəfə doktoru Bəhram Məmmədov, İlkin Əsgərov və digər şəxslər çıxış ediblər.

Konfransda çıxış edən Monitorinq qrupunun rəhbəri İlham Abbasov məlumat verib ki, Azərbaycan Mətbuat Şurasının Dil üzrə monitorinq qrupu tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) dilinin  araşdırılması zamanı Azərbaycan ədəbi dilinin leksik,  qrammatik və üslubi normalarının  kütləvi şəkildə pozulması halları ilə qarşılaşdıq. Belə ki, “Bakı Xəbər”, “Yeni Müsavat”, “Azərbaycan”, “Paralel”, “Yeni Azərbaycan”  “Olaylar”, “Şərq”, “Xalq Cəbhəsi”, “Mövqe”, ”Ekspress”, ”Bizim yol”, ”İki sahil”,” Səs”, “525”,” Kaspi” qəzetləri, “Azadİnform”, AZƏRTAC, ”Trend.az” “Modern az”, “Teleqraf.com”  saytları üzərində iyun – noyabr 2018-ci il tarixlərdə aparılan gündəlik monitorinq onu deməyə əsas verir ki, yuxarıda adları çəkilən mətbu orqanlarda Azərbaycan dilinin fonetik norması, xüsusilə orfoqrafik qaydalar baxımından kütləvi surətdə pozulur. Halbuki, milli ictimai təfəkkürü ifadə edən, mətbuatda funksionallaşan, olduqca müxtəlif mövqeləri, maraqları əks etdirən publisistik üslub ədəbi dilin digər üsubları kimi dil normalarına tabe olmalıdır.

Konfransda çıxış edən ziyalılar, mətbuat nümayəndələri  KİV-də Azərbaycan ədəbi dilinin normalarının qorunmasının vacibliyini vurğullayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi