шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Cəlilabad Filialında şeir müsabiqəsi

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Univesitetinin (ADPU) Cəlilabad Filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyət planına uyğun olaraq “İlahi sevgi ünvanı” adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqənin sonuncu mərhələsində filialın on dörd nəfər tələbəsi iştirak edib. Münsiflər heyəti iştirakçıları bədii nümunənin seçilməsi, forma və məzmun vəhdəti, jestlər və mimika, səsin ahəngi, bədii qiraət baxımından qiymətləndiriblər. Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli və başqalarının yaradıcılığından seçilmiş bədii nümunələr ruh yüksəkliyi ilə qarşılanıb.

İlk üç yerin qalibi diplomlarla təltif edilib. Bundan əlavə, TEC-in fəaliyyətində yaxından iştirak edən tələbələr Fəxri Fərmanla təltif ediliblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi