шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”,  “ADPU-da professor-müəllim  heyətinin, kafedra və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin ilkin nəticələri haqqında” və cari məsələlər daxildir.

[gallery ID=149]

İclasa başlamazdan öncə rektor Cəfər Cəfərov filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilova Filologiya fakültəsinin inkişafında xidmətlərinə görə, Musiqi və onun tədrisi metodikası kafedrasının professoru Minarə Dadaşovaya, İnsan və heyvan fiziologiyası kafedrasının professoru Məmməd Qarayevə, Fəlsəfə və sosial fənlər kafedrasının dosenti Yasin Qaraməmmədliyə, Ümumi pedaqogika kafedrasının dosenti Miri Həsənova, Riyazi analiz kafedrasının dosenti Kamandar Cəfərova universitetdə uzun illər elmi-pedaqoji fəaliyyətlərinə görə və yubileyləri münasibətilə fəxri fərmanlar təqdim edib. ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev professor Minarə Dadaşovaya, professor Məmməd Qarayevə, dosent Yasin Qaraməmmədliyə, dosent Miri Həsənova, dosent Kamandar Cəfərova gənc nəslin təlim-tərbiyəsində xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevin imzaladığı fəxri fərmanları təqdim edib.

İclasda həmçinin Riyazi analiz kafedrasının müdiri Bəhram Əliyevə professor attestatı təqdim edilib.

Rektor çıxışında qeyd edib ki, artıq tədris ilinin birinci yarım ili başa çatır. Tədris ilinin birinci yarım ilinin nəticələri kollektivimiz üçün çox uğurlu olub. Tələbə qəbulunun nəticələri yaxşılaşıb, kəmiyyət və keyfiyyət göstəriciləri yüksəlib. Bu dövrdə universitetdə yüksək səviyyədə keçirilən tədbirlərdən ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirləri, 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbiri, Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransını, ADPU-nun nümayəndələrinin Azərbaycan müəllimlərinin XV qurultayındakı fəal iştirakını, “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı xüsusi qeyd etmək olar. “ADPU-nun 2018-2021-ci illər üzrə Strateji İnkişaf Planı”, 2018-2019-cu tədris ili üçün iş planı, struktur bölmələrin əsasnamələri və iş planları hazırlanaraq təsdiq edilib. Professor-müəllim  heyətinin, kafedra və fakültələrin illik fəaliyyətinin reytinq qiymətləndirməsinə, fakültələrdə yeni tədris planlarının işlənilməsinə başlanılıb. ADPU-nun professor-müəllimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini, tələbə-gəncləri isə Azərbaycan Respublikasının Gənclər Fondunun 6 qrant layihəsini qazanıblar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş ADPU-nun 3 məzununun adlarını daşıyan auditoriaların açılışı, Heydər Əliyev Fondunun dəstəyi ilə 1 nömrəli inzibati-tədris korpusunun 14 mərtəbəli binasının fasadının üzlənməsi, Filologiya fakültəsinin fəaliyyət göstərdiyi mərtəbənin təmiri  həyata keçirilib. Qarşıdan payız semestrinin imtahan sessiyası gəlir. Biz imtahan sessiyasının mütəşəkkil, şəffaf və obyektiv keçirilməsini təmin etməliyik.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov“2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə ilə çıxış edib. Dosent E. Aslanov bildirib ki, 2018-2019-cu tədris ilinin payız semеstrinin imtahan sessiyası  2019-cu ilin yanvar ayının 4-dən  fevral ayının 2-dək tərtib olunmuş cədvəl üzrə keçiriləcək. Hazırda son kollokviumlar keçirilir. Dərslər öncədən müəyyən edilmiş qrafikə uyğun keçirilib. Müəllimlərin dərs davamiyyəti gündəlik yoxlanılıb və müvafiq qeydlər aparılıb. Müəllimlərin dərsə davamiyyəti haqqında yarımillik nəticələr hazırlanır və onların müzakirə olunması nəzərdə tutulur. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə  keçiriləcək. Payız semestrinin imtahanları və dövlət imtahanları Tədris  Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunacaq.  Semestr və həmçinin dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris  Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 100-dək nəzarətçidən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb və bütün imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Nəzarət Şurasına müraciət etmək,  qaynarxəBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. və ADPU-nun rəsmi facebook səhifəsindən inboksa yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına müraciət etmək imkanları təmin ediləcək, dekanlıqlarda tələbələrin qəbulları təşkil ediləcək.

Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.

“ADPU-da professor-müəllim  heyətinin, kafedra və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin ilkin nəticələri haqqında” Keyfiyyətin  təminatı  şöbəsinin  müdiri,  siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib. Rəşad Sadıqov qeyd edib ki, keyfiyyətin artırılmasında mühüm rol oynayacaq Reytinq Qiymətləndirməsinin tətbiqinin məqsədi universitetin, o cümlədən fakültə və kafedraların fəaliyyətinin müasir dövrdə ali təhsil müəssisələri qarşısında qoyulan milli və beynəlxalq tələblərə uyğunlaşdırılması, professor-müəllim heyətinin, kafedraların və fakültələrin mövcud pedaqoji, elmi-tədqiqat və ictimai fəaliyyətinin vəziyyətinin və səviyyəsinin vahid meyarlar əsasında qiymətləndirilməsi, fakültələrin və kafedraların resurslarının, tədris işinin təşkilinin və elmi-tədqiqat fəaliyyətinin vəziyyətinin müəyyənləşdirilməsi, professor-müəllim heyətinin, kafedra və fakültələrin tədris prosesinin yaxşılaşdırılmasına fərdi və kollektiv töhfəsini nəzərə almaqla, onların maddi və mənəvi həvəsləndirilməsi, nəticələri ümumiləşdirməklə illik fəaliyyətin dinamikasının izlənilməsidir. Rektor Cəfər Cəfərovun rəhbərliyi ilə dekanların, əksər kafedra müdirlərinin və bir sıra şöbələlərin müdirlərinin iştirakı ilə 4 sənədin -Azərbaycan Dövlət Pedaqoji Universitetində professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi ilə bağlı Müvəqqəti qaydalar”, kafedra üçün nəzərədə tutulmuş cədvəl, fakütə üçün nəzərədə tutulmuş cədvəl, tələbələr üçün qiymətləndirmə sorğusu nümunəsi çox geniş müzakirə olunub, bir sıra qeydlər və təkliflər irəli sürülüb. Həmin müzakirədən təxminən 1 ay əvvəl qeyd olunan  sənədlər bütün struktur bölmə rəhbərlərinə tanışlıq və təkliflər bildirilməsi üçün göndərilib.  Müzakirə zamanı səsləndirilmiş bütün qeyd və tövsiyələr qeydə alınıb və sənədlərin təkmilləşdirilməsində istifadə edilib. Sözügedən sənədlərin daha da təkmilləşdirilmiş variantı yenidən qeyd olunan ünvanlara göndərilib. Sənədlərin ən son vəziyyəti ilə bağlı irəli sürülmüş bir neçə təklif dəyərləndirilərək uyğun olanları tətbiq edilib. Sentyabrın 14-də Elmi Şuranın iclasında Reytinq Qiymətləndirməsi ilə bağlı bütün sənədlər təsdiq edilib. Reytinq Qiymətləndirməsi 8 fakültədə 760 nəfər iştirakçı arasında keçirilib. Professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi ilə bağlı təsdiq edilmiş sənədlərin bütün fakültələrdə oktyabr-noyabr aylarında geniş təqdimatları keçirilib. Təqdimatlar Elmi Şuranın qərarına əsasən dekanlıqların təşkilatçılığı ilə Keyfiyyətin təminatı şöbəsi tərəfindən keçirilib. Hər bir fakültədə keçirilmiş təqdimatlarda fakültə rəhbərliyi, müəllimlər və tədris-köməkçi heyətin nümayəndələri iştirak ediblər. Keçirilmiş təqdimatlar ADPU-nun rəsmi saytında yerləşdirilib və facebook səhifəsində paylaşılıb.Tələbələr arasında qiymətləndirmə ilə bağlı sorğu aparılıb. Təqdim edilmiş bütün sənədlərin həqiqiliyi və düzgünlüyü araşdırılıb. Aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq kafedra və dekanlıqlara məlumat verilib. R.Sadıqov çıxışının sonunda Reytinq Qiymətləndirməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.  

Professor Nizami Xudiyev, professor Minarə Dadaşova, professor Nailə Verdizadə, professor Bəhram Əliyev, dosent Şahin Pənahov, dosent Arzu Daşdəmirov, dosent Əli Zalov, dosent Yusif Alıyev çıxış edərək Reytinq Qiymətləndirməsinin təkmilləşdirilməsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Elmi Şura R.Sadıqovun hesabatını qəbul edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov cari məsələlər barədə məlumat verib. Professor A.Zamanov ADPU-da  20-21  dekabr  2018-ci  il  tarixlərində  keçirilən  “İnnovasiya,   təhsilin keyfiyyəti və inkişaf”  IV  Beynəlxalq elmi konfransın yekunları barədə, 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verib.

Cari məsələlərdə həmçinin Tədris  Departamentinin direktoru, dosent Sənan Əliyev adlı fərdi təqaüdlərin aylıq məbləğinin müəyyən edilməsi haqqında, Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov professor və dosent elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə məlumat veriblər.

Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Sonda rektor  Cəfər Cəfərov Elmi Şura üzvlərini qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi