шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun müəllimi İlkin Əsgər respublika elmi konfransında məruzə ilə çıxış edib

Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

[gallery ID=151]

Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli “Müstəqillik illərində poeziya dilinin inkişaf xüsusiyyətləri” mövzusunda,professor Sayalı Sadıqova “Elmi dilin spesifik xüsusiyyətləri” mövzusunda, professor İsmayıl Kazımov “Üslubi novatorluq” mövzusunda, dosent Aynel Məşədiyeva “Müstəqillik illərində nəsr əsərlərinin mövzu və problematikası” mövzusunda, dosent Həbib Mirzəyev “Müstəqillik illərində bədii üslubun inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər.        

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi İlkin Əsgər “Publisistik üslubda yazılmış mətnlərdə qrammatik normanın  pozulması” mövzusunda məruzə ilə çıxış edib. İlkin Əsgər öz məruzəsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın  və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanın əhəmiyyətindən, müstəqillik illərində dilçiliyin inkişafından danışıb, konkret nümunələr əsasında publisistik üslubda yazılmış mətnlərdə qrammatik normanın pozulma hallarından bəhs edib.  

Sonda çıxış edən konfrans iştirakçılarına AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu tərəfindən sertifikatlar təqdim olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi