шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun nəzdində ADPK-nin tələbələrinin İKT sərgisində iştirakı

Dekabrın 4-də Bakı şəhərində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2018” sərgi və konfransı öz işinə başladı və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start verildi. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. “Bakutel” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində   Azərbaycan Dövlət Pedaqoji Kollecinin   (ADPK) Sosial işlər üzrə direktor müavini Sevda Axundovanın dəstəyi sayəsində, Riyaziyyat-informatika fənn birləşməsinin sədri Lətifə Ələkbərova, fənn müəllimləri  Aybəniz Aslanova, Şəfiqə Səfərova və Samirə Kərimovanın iştirakı ilə “İnformasiya texnologiyaları və sistemləri” ixtisasından 30 nəfərdən ibarət 639-cu, 640-cı, 641-ci qrup  tələbələrinin Bakı Ekspro Mərkəzində təşkil olunmuş Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirakı reallaşdı.

Sərgidə “Mən Pilotam” layihəsi-Dron istehsalı, tədrisi və Dron yarışları, “3D production VR”, Müasir texnologiyalar bazasında yaradılmış rəqəmsal təqdimat üsulu-TRIFT - Tactical Rifle Training- “Yüksəklik”-VR texnologiyası əsasında hazırlanmış treninq-simulyatoru, Texnologiya kursları-Robot mühəndisliyi, proqramlaşdırma, mühəndislik və rəqəmsal incəsənət üzrə kurslar, STEM fənlərinin interaktiv təcrübələr vasitəsi ilə tədrisi, “Külək – ilk milli superqəhrəmanlar”- Oxucuların VR-eynəkləri vasitəsi ilə izləyə biləcəyi ilk milli superqəhrəmanlar haqqında “Külək” seriyasından olan kitablar, Robokeeper-Ultra-müasir texnologiya əsaslı “Robokeeper”- dünyanın ən sürətli qapıçısı, Lottery  işgüzar proqramları təşkil olunmuşdu.

Ənənəvi olaraq, sərgi gənc dizaynerlərə öz ixtira, proqram və xidmətlərini regionun ən böyük İKT tədbiri çərçivəsində tanıtmağa imkan yaradır. Bununla əlaqədar olaraq sərgidə startaplara böyük diqqət yetirilir.

Sərgidə  iştirakçı və ziyarətçilər üçün  işgüzar görüşlər, müzakirələrlə yanaşı, müxtəlif əyləncəli proqramlar, sürprizlər, maraqlı müsabiqə və viktorinalar keçirildi. Hər il olduqu kimi, bu il də Kollecin tələbələri həmin musabiqələr və viktorinalarda biliklərini numayiş etdirdilər və əyləncəli proqramlarda iştirak etdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi