шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şamaxı Filialının əməkdaşları RİİB-in tədbirində iştirak etdilər

Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirildi. Tədbirdə layihənin baş təlimçisi Tural Mirzəyev və inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanov, layihənin tədqiqatçısı Gülnar Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının əməkdaşları və  Şamaxı rayon təhsil işçiləri iştirak edirdilər.

Tədbirdə iştirakçılara  inklüziv təhsilə dair ümumi anlayışlara, pedaqoji kadrların peşəkar hazırlığı və mövcud resurslara dair  sosial tədqiqatın nəticələri haqqında məlumatlar verildi. Tədbir iştirakçılarına layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətləri və inklüziv təhsilin mahiyyətini özündə əks etdirən banerlər paylanıldı.

Tədqiqatın nəticələri dinlədildikdən sonra tədbir diskussiya şəraitində davam etdirildi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi