шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialının Elmi Şurasının iclası keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının Elmi Şurasının iclası keçirilib. İclasda Elmi Şura üzvləri və dəvət olunmuş 37 nəfər iştirak edib.

[gallery ID=162]

İclasa sədrlik edən filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent  Rafiq Rasulov əvvəlcə gündəlikdəki məsələlərdən biri – “Filialın Akkreditasiyaya hazırlığının  vəziyyəti haqqında” məlumat verib.

Sonra Pedaqoji fakültənin dekanı, filologiya  üzrə fəlsəfə doktoru, baş müəllim  Xalidə Abdullayeva “2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında” geniş hesabatla çıxış edib.

İclasda Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva “Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında”, Ümumelmi fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Sədrəddin Bədiyev “İbtidai sinif müəllimliyi” ixtisasında  ixtisas fənləri üzrə tədris  prosesinin  Kredit  sistemi əsasında təşkili və gedişi  vəziyyəti haqqında”,   elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev “Filialda noyabr ayında keçirilmiş fənn olimpiadaları və ədəbi-bədii yaradıcılıq müsabiqələrinin yekunları haqqında” hesabatla çıxış ediblər.

Müzakirə edilən məsələlər ətrafında Təbiət  fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, professor Firədun İbrahimov və başqaları çıxış ediblər.

 Elmi Şuranın  iclasının sonunda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi