шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialının tələbələrinin uğurları

Noyabr ayında  Azərbaycan Xalq Cumhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 iliiyinə həsr olunmuş ADPU-da keçirilən Tələbə Elmi Cəmiyyətinin elmi konfransında ADPU-nun Şəki Filialının tələbələri də iştirak ediblər. Səkkiz bölmədə təşkil olunmuş konfransda “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V tədris ilinin tələbəsi Nadir Abbaslı “Veb saytların tədrisə tətbiqi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Lalə Əyyubzadə “Müasir Azərbaycan dilindəki fars mənşəli sözlərin morfoloji xüsusiyyətləri”,  “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasının III tədris ilinin tələbəsi Baxşı Hüseynova “Müasir ingilis dilində sözönlərinin qrammatik mənaya görə işlənməsi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Nüşabə Əlimova “Vaqif Aslanın şeirlərində bədii müqayisələr”, “Tarix-coğrafiya müəllimliyi” ixtisasının V tədris ilinin tələbəsi Mirzəxan Məmmədli “Böyük Qafqazın cənub ətəklərinin toponimləri (Azərbaycan Respublikasının Şəki rayonu Oxud kəndi inzibatı vahidi üzrə)”,  “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının IV tədris ilinin tələbəsi Alagöz Şabanova “Gənc ailədə ər-arvad münasibətlərinin formalaşmasının psixoloji aspektləri” adlı elmi-tədqiqat işləri ilə çıxış ediblər. Onların çıxışları bölmə rəhbərləri tərəfindən razılıqla qarşılanıb. Nadir Abbaslı  və Lalə Əyyubzadə xüsusilə fərqlənərək diplomla təltif olunublar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi