шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şamaxı Filialında ADA Universitetinin əməkdaşları ilə görüş keçirilib

Dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin professoru Ülviyyə Mikayılova və universitetin Tələbə qəbulu şöbəsinin bakalavr proqramları üzrə məsul şəxsi Elşad Göyüşovla görüş keçirilib. Qeyd edək ki, tədbirdən öncə qonaqlar filialla, filialın maddi-texniki bazası və  tədris prosesi ilə  tanış olublar. Onlar filialda tələbələr üçün yaradılan şəraiti, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarda aparılan tədris prosesini yüksək qiymətləndiriblər. Sonra tədbir filialın akt zalında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova qonaqları salamlayaraq görüşün əhəmiyyətindən danışıb.

Tədbirdə Elşad Göyüşov 12 ildir Azərbaycan ali təhsil mühitində özünəməxsus yer tutmuş ADA Universietinin tələbə heyəti, bakalavriat və magistratura səviyyələri üzrə verilən ixtisaslar, yüksək balla universitetə qəbul olunan abituriyentlərə edilən güzəştlər, həmçinin semestr ərzində və imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələrin təhsil haqqından tamamilə və ya müəyyən hissəsindən azad edilmələri, təhsilin ingilis dilində aparılması, tələbə mübadilə proqramları haqqında təqdimatla çıxış edib.

Professor Ülviyyə Mikayılova “Müasir keyfiyyətli tədris necə olmalıdır?” mövzusunda mühazirə ilə çıxış edib.

Çıxışlardan sonra tələbələrlə maraqlı diskussiya keçirilib.

Həm qonaqlar, həm də tədbir iştirakçıları görüşdən məmnun qaldıqlarını bildiriblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi