Dekabrın 1-də Respublika Müəllimlərinin Beynəlxalq Seminarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Vüsalə Fərzəliyeva da iştirak edib.
Seminar Turkuaz Karyera Mərkəzi, Azərbaycan Respublikasının Təhsil Cəmiyyəti və İstanbul Şehir Universitetinin birgə təşkilatçılığı, Xəzər Universitetinin dəstəyi ilə Milli Məclisin deputatları, aparıcı təhsil işçiləri, ali məktəblərin professor-müəllimləri, respublikanın müxtəlif rayonlarından gəlmiş qabaqcıl müəllimlər və ekspertlərin iştirakı ilə keçirilib. Seminarda birgə əməkdaşlıq nəticəsində əldə olunan uğurlar, müəllimlərin qarşısında dayanan vəzifələr, onlara göstəriləcək metodiki köməkliklər haqqında məlumatlar dinlənilib.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi