шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Quba Filialının tələbələri IV Qış Elm Festivalında II yerin qalibi oldular

Dekabrın 26-da Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib

[gallery ID=160]

Universitetin foyesində təşkil edilən festivalda 20-dən çox ali təhsil müəssisəsinin tələbələri və orta məktəb şagirdləri tərəfindən “Palimpsest kollaj”, “Ətraf mühitə zərərsiz bioplastika”, “Torpaq sürüşməsinin qarşısının alınması”, “Rəqəmsal hökumət” və s. kimi bir-birindən maraqlı layihələr nümayiş etdirilib.

Festivala ölkəmizin ali və orta ümumtəhsil məktəblərindən 54 komanda qatılıb ki, bunlardan 18-i BMU-nu təmsil edib. Yarışa 100-dən çox layihə təqdim olunub.Sonda qaliblər mükafatlandırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialı festivalda II yerə layiq görülüb.

Layihədə iştirak edən bütün komandaların üzvlərinə, eləcə də kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən komandalara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi