шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Quba Filialının tələbələri yarışda iştirak ediblər

Dekabrın 7-də Quba Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan bilik yarışması keçirilib. Quba-Xaçmaz zonası üzrə keçirilən bilik yarışmasında Sumqayıt, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarının gənclərindən ibarət komandalar yarışıblar. Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının tələbələri də iştirak ediblər. Yarışda “YURD” Gənclərin İnkişafına Dəstək İB-nin fəal üzvləri və ADPU-nun Quba Filialının tələbələrindən təşkil olunan “Quba”  komandası  turnirin qalibi adını qazanıb  və Gənclər və idman naziri Azad Rəhimov  tərəfindən Fəxri Fərmana layiq görülüb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi