шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ATGTİ-nin IV Hesabat-seçki konfransı keçirilib

Dekabrın 26-da Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) IV Hesabat-seçki konfransı keçirilib. Konfransda Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan ATGTİ-nin son 3 illik fəaliyyəti haqqında hesabatı dinlənilib, təşkilatın yeni İdarə Heyəti və sədri seçilib. Qeyd edək ki, 23 nəfərdən ibarət yeni İdarə Heyətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri, Tarix və coğrafiya fakültəsinin V tədris ili tələbəsi Taleh Budaqov da yer alıb. O, ATGTİ-nin sədr müavini seçilib.

[gallery ID=155]

Konfransın proqramı çərçivəsində bir sıra ali təhsil müəssisələrinin prorektorları tələbələrlə işə və TGT-yə verdikləri dəstəyə görə ATGTİ tərəfindən “İlin prorektoru” fəxri adına layiq görülüb və ATGTİ-nin sabiq sədri, millət vəkili Şahin İsmayılov tərəfindən diplomlarla təltif ediliblər. Təltif olunanlar arasında ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev də var. Bildirək ki, professor Fikrət Rzayev universitetin tələbələrinə xüsusi qayğı ilə yanaşır, onların ideya və təşəbbüslərinə, universitetdaxili və kənar tədbirlərinə həmişə yaxından dəstək olur.

Bu uğurlara görə TGT-nin üzvləri adından professor Fikrət Rzayevi və Taleh Budaqovu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi