шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Təbriki

Hörmətli həmkarlar, əziz tələbələr və əməkdaşlar!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir,  möhkəm cansağlığı, uzun ömür, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq, həyatda, elm və təhsildə uğurlar arzulayıram.

Xüsusi qeyd etmək istəyirəm ki, təməli müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzidir. Ümummilli bayram kimi qeyd etdiyimiz bu günün məzmun və mahiyyətində xalqımıza, millətimizə mənsubluq, ulu öndərimiz Heydər Əliyevin müstəqil dövlətimizin milli ideologiyası kimi rəsmiləşdirdiyi Azərbaycançılıq ideologiyasına və yüksək milli-mənəvi dəyərlərimizə sədaqət hissi dayanır.

Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə və investisiya mərkəzinə çevirib. Respublikamızda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı və müasirləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələləri uğurla həll edilir. Azərbaycan dövləti son 15 ildə qarşısına qoyduğu bütün iqtisadi hədəflərə çatıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə Qafqaz regionunda, eləcə də Avrasiya məkanında böyük infrastruktur layihələri gerçəkləşir. Ölkəmizin iqtisadi potensialı, hərbi gücü daim artır, siyasi nüfuzu yüksəlir.

Xalq-hakimiyyət, dövlət-vətəndaş münasibətləri möhkəm və etibarlı təməl üzərində qurulub, qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqları, sosial ədalət, siyasi plüralizm, söz və ifadə azadlığı, milli birlik və vətəndaş həmrəyliyi yüksək səviyyədə təmin edilib.

Azərbaycan dünya miqyasında tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Ölkəmiz bu il də müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dayanıqlı və sosial cəhətdən məsuliyyətli bir dövlətə çevrilib. Vidalaşmağa hazırlaşdığımız 2018-ci ildə də həyatımızın bütün sahələrində böyük uğurlar qazanılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, həmçinin milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə göstərdiyi yüksək diqqət və qayğı xalqımız və dünya ictimaiyyəti  tərəfindən layiqincə qiymətləndirilir.

Ölkəmizdə ali təhsil sistemi yeni inkişaf mərhələsinə daxil olub. Təhsil siyasətinin qlobal çağırışlara uyğunlaşması, təhsil sahəsində yeni tələblərin və müasir standartların müəyyən edilməsi, bu sahədə müsbət dinamikanın müşahidə olunması elm və təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir. Məhz bu diqqət və qayğının nəticəsində son 5 ildə pedaqoji kadr hazırlığında, müəllimlik peşəsinə maraqda ciddi şəkildə müsbət dəyişiklər yaşanır. 2016-2017-ci tədris ilində 500-dən yüksək bal toplayıb müəllimlik peşəsini 1-ci yerdə seçən abituriyentlərin sayı 25 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində müəllimlik peşəsini seçənlərin sayı ölkə üzrə 2090 nəfər, ADPU üzrə isə 566 nəfər olmuşdur. Bu, Pedaqoji Universitetin timsalında nəticənin 22 dəfə yaxşılaşması deməkdir və gənclərin müəllim peşəsinə marağının artmasını bir daha təsdiq edir.

Qazanılan bu böyük uğurlar, yüksək göstəricilər Azərbaycanın yeni inkişaf mərhələsində müəllim hazırlığı sahəsində qarşımıza mühüm vəzifələr qoyur. Biz bu vəzifələri uğurla həyata keçirmək üçün daha əzmlə, daha fədakarlıqla fəaliyyət göstərməliyik.

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, ən gözəl, ən xoş arzularımı bildirirəm.