шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Azərbaycan məktəblərində su, sanitariya, gigiyena təcrübələrinin təkmilləşdirilməsi üçün dəstək” layihəsi çərçivəsində təlim keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Texnologiyaları Mərkəzinin UNİSEF-lə birlikdə keçirdiyi “Azərbaycan məktəblərində su, sanitariya, gigiyena təcrübələrinin təkmilləşdirilməsi üçün dəstək” layihəsi çərçivəsində təlim keçirilib. Qeyd edək ki, layihənin təlimçisi  Azərbaycan Dövlət Pedaqoji  Universitetinin Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Həqiqət Hacıyevadır.

[gallery ID=147]

Layihənin və təlimin əsas məqsədi içməli su təminatının, sudan istifadə qaydalarının və ümumi sanitariya xidmətlərinin yaxşılaşdırılması, inkişaf etmiş gigiyena fəaliyyətlərini artırmaqla uşaq ölümünü azaltmaq, yoxsulluğun azaldılmasına kömək etmək və ümumilikdə davamlı inkişafla bağlı şagirdlərin maarifləndirilməsidir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi