шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Azərbaycan tarixi kafedrasının əməkdaşı Moskva şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib

Noyabrın 23-25-də Moskva şəhərində Rusiya Federasiyasının İctimai Palatasında "Əsgər taleyi: arxiv tədqiqat nəzəriyyəsi və təcrübəsi" III Beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda 13 xarici ölkədən-Azərbaycan, Moldova, Belarus, Qırğızıstan, Qazaxıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Tacikistan, Özbəkistan, Ukrayna və Macarıstan, o cümlədən Rusiyanın 33 regionundan mütəxəssislər iştirak ediblər.

Konfransı giriş sözü ilə “Rusiya axtarış hərəkatı”nın («Поисковое движение России»)icra katibi, tarix üzrə fəlsfə doktoru Y.Sunayeva açdıqdan sonra Rusiya Dövlət Humanitar Universitetinin rektoru, tarix elmləri doktoru,  professor A.Bezborodov, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı İ.Bikbaev, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru İ.Permyakov və digərləri çıxış edərək konfransın keçirilməsinin əsas məqsədinin Böyük Vətən müharibəsi illərində döyüşən əsgərlər, müharibə əsirləri, habelə arxiv sənədləri və elektron məlumat bazaları haqqında tədqiqatçıların təcrübələrini ümumiləşdirmək və bölüşmək olduğunu bildiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının əməkdaşı Sahibə Musayeva tarix üzrə fəlsəfə doktoru İlya Prokofyevin moderatoru olduğu I bölmədə “Tərlan Əliyarbəyovun əsgərdən general – mayor rütbəsinə qədər keçdiyi yol” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi