шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Filologiya fakültəsində onlayn bağlantı

Dekabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professor-müəllimləri və tələbələri ilə Türkiyə Respublikasının Qars – Qafqaz Universitetinin, Ukrayna Respublikasının Odessa Ekologiya və Politexnik Universitetinin, eləcə də Odessadakı Azərbaycan diasporu nümayəndələrinin onlayn görüşü keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra görüş iştirakçılarını salamlayan Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Dünya azərbaycanlılarının həmrəyliyi gəncliyin gözü ilə” mövzusunda təşkil edilən onlayn bağlantının əsas məqsədinin universitetimizlə müxtəlif ölkələrin universitetləri arasında əlaqələri genişləndirmək, dünya azərbaycanlılarının həmrəyliyini, fikir və düşüncə birliyini bir daha nümayiş etdirməkdən ibarət olduğunu qeyd edib.

Qarşılıqlı hörmət və ruh yüksəkliyi şəraitində keçən görüşdə  universitetlərin tələbələri fəal iştirak edərək öz fikirlərini bölüşüblər. Tələbələrin söylədikləri şeirlər və milli musiqi alətimiz olan sazda səsləndirilən mahnılar iştirakçılara xoş əhvali-ruhiyyə bəxş edib. Çıxış edənlər universitetlər arasında ilk dəfə keçirilən belə onlayn bağlantılara böyük ehtiyac olduğunu və bu tipli görüşlərin gələcəkdə davam etdirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi