шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyinə fakültənin Tədris-Metodiki Şurası (TMŞ) sədrinin hesabatı, payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, fakültə elmi seminar rəhbərinin hesabatı, kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunu haqqında hesabat, fakültədə təlim-tərbiyə işlərinin vəziyyətinin yüksəldilməsi və cari məsələ daxil edilib.

[gallery ID=141]

İclasa başlamazdan öncə fakültənin  dekanı,  fakültə Elmi Şurasının sədri, dosent Arzu Daşdəmirov, Elmi Şuranın üzvləri-professor Edil Eyvazov, professor Vaqif Nəsirov, dosent Cahangir Hüseynov, dosent Aydın Ələkbərov, dosent Namiq Niftiyev, dosent Sevinc Cəlilova, dosent Xatirə Adıgözəlova, dosent Səadət Musayeva fakültə Tələbə Elmi Cəmiyyətinin keçirdiyi “Gələcəyə addım” II Elmi konfransının iştirakçılarına sertifikatlar təqdim ediblər.

1-ci məsələ ilə bağlı fakültə TMŞ-nin sədri, professor Həmzə Seyidlinin hesabatı dinlənilib. Professor H.Seyidli son bir il ərzində TMŞ-nın gördüyü işlər haqqında geniş məlumat verərək bildirib ki, bu müddət ərzində TMŞ-nin üzvləri müəllimlərin dərslərində iştirak edib, dərslərin qiymətləndirilməsi aparılıb, metodiki tövsiyələr verilib. Fakültədə tədris olunan fənlərin müvafiq kafedralar üzrə dərs yüklərinin bölgüsü, onların dövlət standartlarına uyğunluğu, dərslik təminatı araşdırılıb.

Hesabatla bağlı fakültənin müəllimləri-professor E.Eyvazov, professor V.Nəsirov, professor Ş.Əlizadə və başqaları çıxış edib, fakültədə hesabat ilində görülən işlərin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

2-ci məsələ ilə bağlı kafedra müdirləri- dosent C.Hüseynov, dosent S.Musayeva, dosent S.Cəlilova payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat veriblər. Fakültənin kafedralarının payız semestrinin imtahan sessiyasına hazırlığının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

3-cü məsələ ilə bağlı fakültə Elmi seminarının rəhbəri, dosent A.Ələkbərovun hesabatı dinlənilib. O, qeyd edib ki, son bir il ərzində fakültəmizdə müxtəlif universitetlərdən məruzəcilər dəvət edilməklə elmi seminarlar keçirilib və bu, mütəmadi olaraq davam etdiriləcək.

4-cü məsələ kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunu haqqında məlumat idi. Bu məsələ ilə bağlı kafedra müdirlərinin elmi işlər üzrə müavinlərinin hesabatları dinlənilib. Onların hesabatlarında il ərzində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları,bu dövrdə kafedra üzrə xarici və respublika jurnallarında çap olunmuş məqalələrin, dərs və metodik vəsaitlərin, fənn proqramlarının sayı haqqında məlumat verilib.

Cari məsələdə bəzi seçmə fənlər üzrə hazırlanmış proqramlar təsdiq edilib.

Sonda fakültənin dekanı, dosent A.Daşdəmirov fakültənin əməkdaşlarını qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və uğurlar arzulayıb.Bununla da Elmi Şura öz işini yekunlaşdırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi