шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasında növbəti elmi seminar keçirilib

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əsbət Teymurovanın “Tədris müəssisələrində ekoloji tərbiyə işinin gücləndirilməsi” mövzusunda elmi seminarı keçirilib. Seminarda fakültənin dekanı, dosent Arzu Daşdəmirov və kafedranın əməkdaşları iştirak ediblər.

[gallery ID=152]

Ə.Teymurova çıxışında gənclərdə müasir tələblərə cavab verə bilən davranış vərdişlərinin formalaşmasında ekoloji tərbiyənin faydasını, cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsində gələcək nəslin ekoloji tərbiyəsinin və ekoloji biliklərə yiyələnməsinin vacibliyini bildirib. Məruzəçi çıxışında mövzuya aid maraqlı videolar təqdim edib. 


İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi