шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

İbtidai təhsil fakültəsinin tələbələri “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüblər

2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına 300 nəfər tələbə qəbul olunub. Onlardan 129 nəfəri 500 və daha çox bal toplayaraq yüksək nəticə göstərib. Yüksək nəticə göstərən 129 nəfər tələbədən 7 nəfəri isə ixtisas seçimində birinci yerdə müəllimlik ixtisasını qeyd etdiklərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən Səmavil Cəbrayılova, Fidan Həsənova, Səmanur Demir, Mətanət Cavadova, Gülşən Musayeva, Aytac Rəcəbli və  Aygün Bayramovanı təbrik edir, dərslərində uğurlar arzulayırıq.  

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi