шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Tarix və coğrafiya fakültəsinin tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Heydər Əliyev vaxtilə demişdir: “Hər bir dövlət, əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini  dünya standartlarına  çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Heydər Əliyev bütün fəaliyyəti boyu təhsilin, mədəniyyətin inkişafına xüsusi qayğı göstərmiş, yüksək intellektual səviyyəli təbəqənin formalaşmasına çalışmışdır.

 Azərbaycan Dövlət Pedaqoji Universtetində təhsil sahəsində aparılan islahatlar məhz bu arzuların gerçəkləşməsidir. Böyük rəhbərin anım günü  ilə əlaqədar Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera Bölməsinin təşkilatçılığı ilə “Tarix və coğrafiya müəllimliyi” ixtisasının  III tədris ili tələbələri ilə birlikdə  Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət etdik. Mərkəzdə Heydər Əliyevin hakimiyyətinin həm birinci  dövrü, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektlərinin virtual formada təqdimatı ilə tanış olduq. Mərkəzin Beynəlxalq əlaqələr bölməsində məlumatlar qlobus vasitəsilə çatdırılırdı. Qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər öz  əksini  tapırdı.

Həmçinin Ulu Öndərin hərbi və  mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə təltif edildiyi orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirildi.

Ulu Öndərin adını daşıyan mərkəzdə “Azərbaycan inciləri” adlı sərgi fəaliyyət  göstərirdi. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirildi. Burada Azərbaycan tarixinin bütün dövrlərini, mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən  eksponatların nümayiş etdirilməsi də tələbələrin marağına  səbəb oldu. Həmçinin qədim Azərbaycan musiqi alətləri sərgilənirdi ki, onlara yaxınlaşdıqca alətlərin  səslənməsini dinləyə  bildik.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, təbliğ edilməsi Azərbaycan tarixinin və mədəniyyətinin, milli–mənəvi dəyərlərin yaşadılmasına xidmət edir. Qurucusu olduğu müstəqil Azərbaycanın gəncləri  dinc, müharibəsiz, şəffaf bir cəmiyyətdə yaşayır, təhsil alır, ölkəni layiqincə təmsil edirlər. Ulu  Öndərin  ruhu şad olsun!

Naibə Əhmədova

Azərbaycan tarixi kafedrasının müdiri,  dosent