шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası

Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası

 

Dekabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib.

[gallery ID=157]

  Elmi Şuranın sədri, dosent Elnarə Mehbalıyeva iclası giriş sozü ilə açaraq universitet  Elmi Şurasının  dekabrın 25-də keçirilmiş iclasında müzakirə olunan professor-müəllim heyətinin, fakultə və kafedraların illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin ilkin nəticələri ilə Şura üzvlərini tanış edib.  

Dosent  E.Mehbalıyeva həmçinin 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla  bağlı geniş məlumat verib. Qeyd edib ki, payız semestrinin imtahan sessiyasının 2019-cu ilin  yanvar  ayının  4-dən  fevral ayının 2-dək tərtib olunmuş cədvəl üzrə keçirilməsi nəzərdə tutulur. Dosent E.Mehbalıyeva imtahan sessiyası ilə  bağlı qarşıda duran əsas vəzifələrdən danışıb.

Sonra 2018-ci ildə icra olunmuş elmi-tədqiqat işlərinin yekun hesabatı,  fakültədə  fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarının (ETL) hesabatları müzakirə olunaraq qəbul edilib.

Fakültə  Tələbə Elmi Cəmiyətinin (TEC)  sədri,  dosent  Rəhimə Məmmədova  tələbələrin elmi-tədqiqat  işlərinə  cəlb edilmələri ilə bağlı çıxış edib. TEC-in xətti ilə fərqlənən tələbələrə diplomlar təqdim  edilib.

Kafedralarda fəaliyyətdə olan doktorant  və dissertantların  2018-cı il üçün hesabatları geniş müzakirə olunub və attestasiyadan  keçirilməsi  məqsədəuyğun bilinib.

 Elmi katib, kimya üzrə fəlsəfə doktoru Gülnarə Babayeva cari  məsələlərlə Şura üzvlərini tanış edib. 3 dərs vəsaitinin, 1 proqramın çap olunması, 1 dərs vəsaitinin adının dəyişdirilməsi, 2 dərs vəsaitinin  Kitabxana-İnformasiya Mərkəzi üçün alınması, 1 dissertantın elmi rəhbərinin dəyişdirilməsi, 2 əməkdaşa dosent elmi adı verilməsi üçün Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının  qarşısında vəsatət qaldırılması məsələləri müzakirə  olunub və  müvafiq  qərarlar  qəbul  edilib.

Sonra dekan E.Mehbalıyeva  Elmi Şura  üzvlərini qarşıdan  gələn  31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə təbrik edib, müvəffəqiyyətlər arzulayıb.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi