шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Ana dilimizi qoruyaq!” adlı tədbir keçirilib

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Ana dilimizi qoruyaq!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

[gallery ID=126]

Giriş sözü ilə çıxış edən fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva ana dilimizin gözəlliyini, zənginliyini vurğulayaraq, ana dilimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, doğma dilimizin qorunmasına xidmət edən hüquqi-normativ sənədlərdən danışıb, tələbələrin diqqətini bir daha bu mövzuya yönəldib.

Ulu öndərimiz Heydər Əliyevin ana dilimiz haqqında tarixi çıxışı  və iflasında dinlənilən  “Azərbaycan” şeiri tədbirə xüsusi ahəng verib. Bəxtiyar Vahabzadənin ifasında səslənən “Ana dilim” şeiri, Konstantin Uşinskinin, Yan Komenskinin, Firudin bəy Köçərlinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və digər  dahi mütəfəkkirlərin ana dili haqqında qiymətli fikirlərindən ibarət videoçarxların göstərilməsi də təqdirəlayiq idi. “Ana dilim şirindir”, “Azərbaycan” mahnıları tədbirə şux ovqat qatıb. Tələbələr tərəfindən ifa olunan səhnəciklərdə isə müasir azərbaycanlı ailəsində ana dilimizin qorunub saxlanılmasının nə qədər əhəmiyyətli olduğu əks etdirilib. Bəxtiyar Vahabzadənin,  Xəlil Rza Ulutürkün, Tofiq Bayramın şeirləri səsləndirilib, müxtəlif videoçarxlar nümayiş edilib. Tələbə M.İlahənin ifa etdiyi “Sarı gəlin” mahnısı, B.Xalidənin lay-lay ilə müşayiət edilən “Mənim dilim” şeiri çox bəyənilib. Tələbələrdən M.Nərmin, A.Kənan, N.Nurlanın çıxışları maraqla qarşılanıb.  

Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi İlkin Əliyevin çıxışında mövzu barədə  maraqlı və aktual məqamlara toxunması diqqəti çəkib.

Sonda  professor Müseyib İlyasov tədbir haqqında fikirlərini bölüşərək tələbələrə dəyərli tövsiyələr verib, ana dilimizi qorumağın hər birimizin müqəddəs borcu olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbiri Məktəbəqədər təhsilin pedaqogikası və metodikası  kafedrasının müəllimi Sona Abdulova “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri ilə birgə hazırlayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi