шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Bacarıqlı əllər” adlı sərgi keçirilib

Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Bacarıqlı əllər” adlı sərgi keçirilib. Qeyd edək ki, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Könül Şıxəliyevanın “Məktəbəqədər təhsil və tərbiyə” ixtisasında təhsil alan tələbələrlə hazırladıqları əl işlərindən ibarət xeyriyyə məqsədilə satış sərgisi təşkil edilib.

[gallery ID=122]

Sərgidə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, fakültənin müəllim və tələbələri iştirak ediblər.

Fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxış edərək tədbir haqqında öz fikirlərini söyləyib və artıq fakültədə ənənə halını almış bu tədbirin gələcəkdə də keçiriləcəyini vurğulayıb.

Sərgidə nümayiş etdirilən əl işləri müəllim və tələbələrin böyük marağına səbəb olub. Satışdan əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunur.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi