шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində xeyriyyə tədbiri

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyevanın dəstəyi ilə xeyriyyə tədbiri keçirilib.

[gallery ID=112]

Korreksiyaedici təlim kafedrasının təşkilatçılığı  ilə Ümumdünya Əlillər gününə həsr olunmuş “Açıq qapı” xeyriyyə aksiyası baş tutub. Aksiyada 20-dən çox müxtəlif  kateqoriyalı xüsusi qayğıya ehtiyaçı olan uşaqlara pulsuz müayinə xidməti təqdim olunub.

Aksiyada müxtəlif kateqoriyalı xüsusi qayğıya ehtiyacı olan uşaqlara Korreksiyaerdici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, dosent Tamilla Ağayeva, dosent Səbinə Aslanova, baş müəllimlər Səlbi Abasova və Turan Şahvələdli tərəfindən peşəkar müayinə xidməti göstərilib.

Mütəxəssislər tərəfindən valideynlərin şikayətləri dinlənilib, diaqnostika aparılıb və valideynlərə korreksiya və reabilitasiya istiqamətləri üzrə tövsiyələr edilib.

Aksiyada korreksiyaedici təlim ixtisasının magistrantları və tələbələri fəal iştirak edərək, XQEU-la yaxından tanış olub onlarla ünsiyyət qurublar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi