шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində növbəti tələbə elmi seminarı

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbələrinin iştirakı ilə "Ailə xoşbəxtlik və psixi travma mənbəyidir" adlı elmi seminar keçirilib.

[gallery ID=138]

Seminarın aparıcısı və təşkilatçısı, Ümumi psixologiya kafedrasının dosenti Ülviyyə Əfəndiyeva tədbiri açmaq üçün sözü Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyevaya verib.

Dekan Ş.Əliyeva tələbələrə uğurlar arzulayaraq onların gələcəkdə bir psixoloq kimi fəaliyyətlərinin əhəmiyyətini vurğulayıb. Sonra Ümumi psixologiya kafed­rasının müdiri, professor Ramiz Əliyev çıxış edərək tədbirin vacib və aktual mövzuya həsr olunduğunu qeyd edərək gənc psixoloqları dəstəkləyib.

Daha sonra dosent Ülviyyə Əfəndiyeva tələbələrin çıxışlarını təqdim edib. Onlardan 315-ci qrup tələbəsi Nuranə Məmmədova "Ailə həyatında məhəbbət hissinin rolu", 314-cü qrup tələbəsi Jalə Əhmədova "Həyat yoldaşını necə seçməli?", 315-ci qrup tələbəsi Aytac Əliyeva "Ailə xoşbəxtlik və psixi travma mənbəyidir", 313-cü qrup tələbəsi Mədinə Quliyeva "Ailə-məişət zorakılıqları sosial-psixoloji problem kimi", 312-ci qrup tələbələri Şamama Bayramova və Gülnarə Xəlilova "Ailə konfliktləri" mövzusunda çıxış ediblər.

Tələbələrin çıxışları çox maraqlı və rəngarəng olub. Onlar slaydlardan istifadə edərək, mövzularını həyati misallarla əlaqələndirərək auditoriyaya çox  gözəl təqdim ediblər.

Tədbirin sonunda dekan Şəhla Əliyeva, professor Ramiz Əliyev, dosent Allahyar İmanov və dosent Ülviyyə Əfəndiyeva tələbələrə təşəkkürnamələr təqdim ediblər və onlara uğurlar arzulayıblar.

İctimaiyytələ əlaqələr və marketinq şöbəsi