шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin əməkdaşlarının AzMKÇ-nin icrasına dəstək layihəsinin təşkil etdiyi seminarlarda iştirakı davam edir

Dekabrın 4-də Park Inn otelində Avropa İttifaqının “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsinin təşkil etdiyi “Kurikulum, öyrənmə və öyrətmə materiallarının hazırlanması üzrə” təlim keçirilib. Təlimi MKÇ üzrə beynəlxalq ekspert Cenevyev Makkeyb və Aynur Kərimova aparıblar. Təlim çərçivəsində peşə standartlarından Kvalifikasiya standartlarının hazırlanması yollarına aydınlıq gətirilib. AzMKÇ-nin diskriptorlarının kvalifikasiya standartlarının hazırlanma prosesində istifadəsi haqqında danışılıb. Layihəlnin yazılması haqqında təlimat incələnib.

[gallery ID=111]

Bu təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Xalidə Həmidova iştirak ediblər.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi