шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş elmi konfrans

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə “Poeziyamızın günəşi – Mikayıl Müşfiq” adlı tədbir keçirilib. İki hissədən ibarət olan  tədbirin I hissəsi elmi konfrans şəklində təşkil olunub.

Konfransı giriş sözü ilə filialın elmi işlər üzrə direktor müavini, dosent Nurəli Çələbiyev açaraq tədbirin məqsədi haqqında iştirakçılara məlumat verib. Konfransda filialın müəllim və tələbələrinin Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş məruzə və çıxışları dinlənilib. Ümumelmi fənnlər kafedrasının baş müəllimi Mətanət Mustafayeva “Mikayıl Müşfiqin həyatı”, Humanitar elmlər kafedrasının baş müəllimi Rasimə Əhmədova “Mikayıl Müşfiqin yaradıcılığı”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Məleykə Mahmudova “Mikayıl Müşfiqin yaradıcılığında məhəbbət mövzusu”, Humanitar elmlər kafedrasının müəllimi Nübar İbrahimova “Mikayıl Müşfiqin  yaradıcılığında uşaq ədəbiyyatı nümunələri”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Lalə Əyyubzadə “Mikayıl Müşfiq və gözəllik” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirin II hissəsində isə filialın tələbələri Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Filialın tələbələri şairin şeirlərini səsləndiriblər. Mikayıl Müşfiqin həyat və yaradıcılığını əhatə edən videoçarx da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda dosent Nurəli Çələbiyev və Ümumelmi fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sədrəddin Bədiyev çıxış edərək Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən danışıb və tədbirin hazırlanmasında rolu olan müəllim və tələbələrə öz təşəkkürlərini bildiriblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi