шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Moskva Dövlət Pedaqoji Universitetinin professoru Lüdmila Podımova ADPU-nun tələbələri ilə görüşüb

Dekabrın 21-də Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ukrayna Təhsil Menecerləri Universiteti və Başkir Dövlət Pedaqoji Universiteti ilə birgə keçirdiyi “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransında iştirak edən Moskva Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Lüdmila Podımova və həmin kafedranın dosenti Lüdmila Dolinskaya İbtidai təhsil fakültəsinin və Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin müəllim və tələbələri ilə görüş keçiriblər. Heydər Əliyev məktəbinin lektoriyasında gerçəkləşən görüşü  ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov açıb, görüşün əhəmiyyətindən bəhs edib.

[gallery ID=145]

Görüşdə Moskva Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Lüdmila Podımova təmsil etdiyi universitetin strukturu haqqında geniş məlumat verib, ibtidai sinif müəllimi, psixoloq, sosial pedaqoq, sosial psixoloq, inklüziv təhsil mütəxəssisləri hazırlığındakı  təcrübələrindən  danışıb. Rusiyada sağlamlıq imkanları məhdud olan uşaqlarla aparılan iş müəllim və tələbələrin marağına səbəb olub. Qonaqlar müəllim və tələbələrin onlara ünvanladığı sualları ətraflı cavablandırıblar.  Onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edib, Azərbaycan xalqının qonaqpərvərliyindən, tolerantlığından, milli adət və ənənələrə böyük önəm verdiklərindən danışaraq keçirilən konfransın Azərbaycan–Rusiya arasında pedaqoji əlaqələrə dəyərli töhfə olduğunu bildiriblər.

Tədbirdə İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova iştirak ediblər.

Sonda xatirə şəkli  çəkdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi