шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində elmi seminar

Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının müəllimi Vəfa Allahyarovanın yaradıcılığına həsr edilmiş elmi seminar keçirilib. Elmi seminarda  müəllif tərəfindən kitab qrafikasına aid əsərlər təqdim edilib.

[gallery ID=136]

V.Allahyarovanın təsviri incəsənətin qrafika növünə müraciəti, onun illər ərzində bu sahədə qrafik-rəssam kimi fəaliyyətinə həsr etdiyi əsərlər və kitablar iştirakçılarda maraq oyadıb. Müəllif uşaq ədəbiyyatına həsr etdiyi illüstrasiyalı, eləcə də görkəmli şair və ədəbiyyat xadimlərinin kitablarına tərtibat işlərini təqdim edib. O, kitab tərtibatında gördüyü işlərin ardıcıllığı, stilik və texnikanın üsulları haqqında geniş danışıb. Bu da iştirakçılar tərəfindən rəğbətlə qarşılanaraq , böyük maraq oyadıb.  

Seminar iştirakçılarının V.Allahyarovanın təqdim etdiyi foto, illüstrasiyalar və qrafik əsərlərlə tanışlığı və ona verilən suallara cavabı yüksək səviyyədə qiymətləndirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi