шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyaziyyat və informatika fakültəsində görüş

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsində Bakı şəhərinin Binəqədi rayonunun 246 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.

[gallery ID=159]

Tədbiri fakültənin dekanı, professor Maqsud Nəcəfov açaraq tədbir iştirakçılarını  qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Professor M.Nəcəfov çıxışında məktəbin müəllim və şagirdlərinə ADPU-da yaradılmış sağlam və şəffaf təhsil mühitindən, uğurla həyata keçirilən islahatlardan, yeniliklərdən, gerçəkləşən tədbirlərdən ətraflı məlumat verib, şagirdlərə universitetimizin tələbəsi olmağı arzu edib.  

Sonra Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Azadxan Adıgözəlov, dekan müavini, dosent Nahidə Acalova çıxış edərək şagirdlərə müəllim peşəsinin şərəfindən, müqəddəsliyindən və vacibliyindən danışıblar.

Sonda 246 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Mahizər Vəliyeva çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi