шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Riyaziyyat və informatika fakültəsində Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib

Dekabrın 17-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağsaqqallar  Şurasının üzvləri- Riyazi analiz kafedrasının professoru, Əməkdar müəllim Malik Cəbrayılov, Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor, tanınmış şair Zahid Xəlil, Kimya və biologiya fakültəsinin Analtik və üzvi kimya kafedrasının professoru, Əməkdar müəllim, “Qızıl qələm” və “Humay” mükafatı laureatı Nailə Verdizadə ilə Riyaziyyat və informatika fakültəsinin I tədris ilinin tələbələrinin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, professor Maqsud Nəcəfov tələbələrə universitet rəhbərliyinin göstərdiyi qayğıdan danışıb. Bu il universitetə yüksək balla  qəbul olunan tələbələrin sayının artdığını qeyd edib.

Tədbirdə professor Malik Cəbrayılov, professor Zahid Xəlil, professor Nailə Verdizadə, professor Azadxan Adıgözəlov çıxış edərək öz xatirələrindən və tələbələrin qarşısında duran vəzifələrdən danışıblar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi