шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyaziyyat və informatika fakültəsinin Elmi Şurasının iclası

Dekabrın 6-da  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsinin Elmi Şurasının iclası keçirilib. Riyaziyyat və informatika fakültəsinin dekanı, Elmi Şuranın sədri, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov iclası giriş sözü ilə açaraq 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın   vəziyyəti və qarşıda duran vəzifələrdən söhbət açıb.

Professor M.Nəcəfov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə təhsilin məzmunu və müəllimlərin peşəkarlığının artırılması üçün aparılan məqsədyönlü işlərdən danışıb, professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rolu olacağını qeyd edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi