шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Sağlam gənclik - sağlam gələcək”

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Ümumdünya QİCS-lə Mübarizə Gününə həsr edilmiş “Sağlam gənclik-sağlam gələcək” mövzusunda tədbir keçirilib. Qeyd edək ki, tədbir kollecin Sosial məsələlər və ictimayətlə əlaqələr üzrə direktor müavini Sevda Axundovanın, Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyevanın, Təbiət elmləri fənn birləşmə komissiyasının sədri Mətanət İsmaylovanın, loqoped-müəllim Esmira Qafarovanın, biologiya müəllimi Vüsalə Məmmədovanın təşəbbüsü ilə keçirilib. Tədbirin təşkilində əsas məqsəd tələbələri QİCS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların elmə, təhsilə, idmana maraqlarını artırmaq olmuşdur.

Tədbirdə QİCS-lə Mübarizə Mərkəzinin mütəxəssisi, həkim Dilşad Mahmudova, psixoloq Zaur Tahirsoy, lor-estetik Tələt Şəfiyev, həkim-kosmetoloq Kəmalə Qasımova iştirak ediblər. Tədbirdə həmçinin ümumbəşəri bəlaya çevrilmiş QİCS haqqında maraqlı məruzələr edilib, maarifləndirici slayd, videoçarxlar nümayiş etdirilib.

Çıxışlar dinlənildikdən sonra tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsiağ vərəq