шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Ulu öndər Heydər Əliyev təhsilə xüsusi diqqət göstərirdi

Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət həmişə xüsusi yer tuturdu. Ulu Öndər həmişə təhsilin millətin gələcəyi olduğunu deyirdi.

Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Baxşəliyev AZƏRTAC-a müsahibəsində deyib.

S.Baxşəliyev qeyd edib ki, Ümummilli Lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində, millətin imzasının imzalar içində olmasında təhsilin rolunu həmişə yüksək dəyərləndirər və ölkəmizdə bu sahənin inkişafına qayğı göstərərdi. Ulu Öndər təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərəfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini vurğulayır, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirdi. İstər keçmiş SSRİ, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə Ümummilli Lider təhsilə, tərbiyəyə elmi, strateji sahə kimi baxır, Vətənin, xalqın tərəqqisi naminə bu sahədə qarşıya çıxan problemlərin həllinə yüksək həssaslıqla yanaşırdı. Müdrik dövlət xadimi təhsilin həm də hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşdırılmasında, cəmiyyətdə, dövlət quruculuğu prosesində yaxından iştirak etməsində mühüm rol oynayan amil olduğunu diqqətə çatdırırdı. Müəllimlik peşəsinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev deyirdi: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”.

Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təhsildə qazanılan yüksək nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər müstəqillik illərinin əvvəllərindən artıq yeni təhsil sisteminə keçidi bir tələb kimi qarşıya qoymuşdu. Bu dövrdə təhsil sistemində gedən proseslərə nəzər salanda görürük ki, yeni məktəblərin inşası, maddi-texniki bazanın möhkəmləndirilməsi, dərsliklər və təhsil proqramlarının yenidən tərtib edilməsi, dünya tədris sisteminə inteqrasiyası Heydər Əliyevin diqqət mərkəzində idi. Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra yeni məktəblərin inşası, müasir dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Müstəqilliyin ilk illərində təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərc-mərcliyə son qoyuldu. Ulu Öndərin təhsil sistemində apardığı köklü islahatlar tədrisi yeni mərhələyə çatdırdı.

“Bu gün ulu öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti həmişə vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Ölkədə həyata keçirilən neft strategiyasından gələn gəlirlərin insan kapitalına yönəldilməsi sosial-iqtisadi islahatların davamlılığına və tarazlı inkişafa xidmət edir”, - deyə S.Baxşəliyev bildirib.