шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da keçirilən şahmat yarışı başa çatdı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə  oktyabrın 30-dan 42 nəfər tələbə arasında şahmat yarışına  başlanılıb. Məlumat üçün bildirək ki, I turdan II tura 20 nəfər tələbə keçib. Noyabrın 2-də keçirilən II turda 12 nəfər yarımfinala keçib. Noyabrın 6-da keçirilən II turda 4 nəfər- Kimya və biologiya fakültəsinin tələbəsi  Səbinə Nəbizadə, Riyaziyyat və informatika fakültəsinin tələbəsi  Marat Cəbrayılov, Tarix və coğrafiya fakültəsinin tələbəsi  Araz İsmayılov və SABAH qrupunun tələbəsi Gülüstan Məmmədəliyeva finala çıxıblar.

[gallery ID=61]

Final yarışı noyabrın 12-də keçirilib. Yarışın final mərhələsini ADPU-nun rektoru, professor Cəfər Cəfərov izləyib. I yeri SABAH qrupunun tələbəsi Gülüstan Məmmədəliyeva, II yeri Kimya və biologiya fakültəsinin tələbəsi Səbinə Nəbizadə, III yeri Riyaziyyat və informatika fakültəsinin tələbəsi Marat Cəbrayılov tutub. Qaliblər diplom, medal və pul mükafatına layiq görülüblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi