шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-da məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Noyabrın 6-da  PRESTİJ-S Tədris Mərkəzinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri arasında keçirdiyi məntiq olimpiadasının qaliblərinin mükafatlandırılması keçirilib.

[gallery ID=48]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək iştirakçı tələbələri təbrik edib və belə yarışların universitetdə müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.

Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev çıxış edərək  qalibləri təbrik edib və onlara uğurlar arzulayıb.  

Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera bölməsinin  müdiri  Könül  Əsgərova  çıxışında məntiq olimpiadasının təşkili və keçirilmə qaydaları haqqında ətraflı məlumat verib.

PRESTİJ-S Tədris Mərkəzinin direktoru Samid Səfərov çıxış edərək məntiq olimpiadasının keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkürünü bildirib və qalib gələn tələbələri təbrik edib.

Qeyd edək ki, iki mərhələdən ibarət olan olimpiadada ümümilikdə 300 nəfərə yaxın tələbə iştirak edib və 62 nəfər tələbə final mərhələsinə keçib. Olimpiadanın final mərhələsində iştirak edən tələbələr sertifikatla təltif ediliblər. I, II və III yerləri tutan  tələbələr isə PRESTİJ-S Tədris Mərkəzi tərəfindən pul mükafatları, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.

Qalibləri təqdim edirik:

I yer-Coşqun Nəsirli 

II yer-Xəzər Mustafayev

III yer-Leyla Nurullayeva 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi