шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da MİQ üzrə sınaq imtahanı keçirilib

 

Noyabrın 17-də  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "LEAD Education"  Təhsil və İnnovasiya Mərkəzi tərəfindən Müəllimlərin İşə Qəbulu (MİQ) İmtahanı üzrə sınaq imtahanı keçirilib. Qeyd edək ki, MİQ üzrə özünü təsdiq etmiş "LEAD Education" Təhsil və İnnovasiya Mərkəzi növbəti uğura imza atıb. Belə ki, Mərkəz tərəfindən ölkəmizdə pedaqoji kadr hazırlığının mərkəzi hesab edilən ADPU ilə əməkdşalıq əsasında sonuncu tədris ili tələbələri üçün sınaq imtahanı keçirilməsi diqqətəlayiqdir.

Sınaq imtahanında tələbələrə online imtahan və yeni layihələr haqqında məlumat verilib. İmtahanda ilk  50 yeri tutan tələbələrə xüsusi güzəştlər tətbiq olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi