шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-da “Peşmanlıq” sənədli filminin təqdimatı keçirilib

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Vətəndaş Tribunası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanmış "Peşmanlıq" sənədli filminin təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri, ziyalılar, qeyri-hökümət təşkillarlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

[gallery ID=29]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, "Peşmanlıq" sənədli filmi gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Belə filmlər bizə milli tariximizi dərindən öyrənməyə kömək edir. Rektor filmin yaradıcı heyətinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

"Vətəndaş Tribunası" İctimai Birliyinin sədri, yazıçı Səfər Alışarlı təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Layihə və film barədə danışan S.Alışarlı bildirib ki, filmdə Rusiya imperatoru I Nikolayın İrəvana 1837-ci ildə etdiyi səfərindən bəhs olunur. Filmdə geniş tamaşaçı kütləsinə tanış olmayan yeni tarixi faktlar, eləcə də qədim türk torpaqlarında İran və Osmanlı imperiyası ərazilərindən köçürülən ermənilərin yerləşdirilməsi ilə bağlı mütəxəssis şərhləri öz əksini tapıb.  Onun çıxışında həmçinin  Rusiyanın Qafqazı işğalı zamanı Qafqazın türk-müsəlman əhalisinə qarşı yürütdüyü qəddarlıq  və zorakılıq siyasəti, çarizmin ermənilərdən öz siyasi məqsədləri üçün istifadə etməsi, ermənilərin xəyanətkar hərəkətləri, imperiya əsarətinə qarşı xalq üsyanları konkret elmi-tarixi faktlar əsasında öz əksini tapıb.

Sonra “Peşmanlıq” sənədli filmi nümayiş etdirilib. Film böyük marağa səbəb olub.

Filmin nümayişindən sonra Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filmin prodüseri Tural Cəfərov və başqaları çıxış edərək filmin müasir dövrümüz üçün mühüm ictimai-siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi