шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun əməkdaşı “Azərbaycan Xalq Cumhuriyyəti 100:- Bayraq Günü” mövzusunda keçirilən tədbirdə iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva Xətai rayonu şəhid Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş   tədbirdə iştirak edib.

[gallery ID=55]

Təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və dəyirmi masalar təşkil edilir. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri,  şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur.  Xətai rayonu şəhid Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbdə 1100 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 65 nəfər müəllimdən 50 %-i  ADPU-nun məzunlarıdır. Məktəbin ibtidai sinif müəllimi 1998-ci ildə ADPU-nun İbtidai təhsil fakültəsini bitirmiş  Aynur Allahyarova  təşkilatçılığı ilə  rəhbəri olduğu 4c sinif şagirdlərinin “Azərbaycan Xalq Cumhuriyyəti-100”  tədbirləri çərçivəsində Bayraq  Gününə həsr olunmuş  tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlandı. Tədbirdə şagirdlər bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verərək bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Məktəbin direktoru Feruz Həmzəyev, məktəb həmkarlar təşkilatının sədri, tarix müəllimi  Sabirə Novruzlu, məktəbin tərbiyə işləri üzrə direktor müavini  Nazilə Rüstəmzadə çıxış etmişlər. Respublikanın Əməkdar müəllimi, ADPU-nun İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri laboratoriyasının  elmi işçisi Zülfiyə Vəliyeva çıxış edərək, Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi olduğunu, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı vacib olduğunu dedi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağ. Qürurverici haldır ki, yaranmasınin 100 illiyini qeyd etməyə hazırlaşdığımız ADPU-nun məzunlarının çalışdıqları məktəbdə  şagirdlər vətənpərbərlik ruhunda tərbiyə olunurlar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi