шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun əməkdaşı təlimdə iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və ABC Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Şagird müəllimin aynasıdır” adlı təlimdə iştirak edib. Gənc müəllimlərə kömək məqsədilə keçirilən təlimdə “Öyrənənlərə hörmətlə yanaşmaq öyrədənin əsas göstəricisi olmalıdır” mövzusunda təlim aparan Z.Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri baxımından müəllim kadrlarının hazırlığında ADPU-nun rolu haqqında danışıb. Bildirib ki, müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı və yüksəldilməsi, xüsusilə yüksək bal toplayan abituriyetlərin məhz müəllim peşəsini seçmələri təqdirəlayiq haldır və bu sahədə dövlətin dəstəyi sevindiricidir.

 Sonda təlimdə fəal iştirakına görə Z.Vəliyeva təşəkkürnaməyə layiq görülüb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi