шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” mövzusunda  tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

[gallery ID=71]

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva hamını bu mühüm tarixi gün münasibətilə təbrik edib və 17 Noyabrı xalqımızın azadlıq uğrunda mübarizə salnaməsinin şərəfli səhifəsi kimi dəyərləndirib.

Sonra məruzə üçün söz filialın Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, dosent əvəzi Tahir Kərimliyə verilib. O, bildirib ki, 17 Noyabr xalqımızın müstəqillik uğrunda mübarizəsinin ən şanlı səhifələrindən biri kimi əhəmiyyətlidir. Xalqımızın qanlı imperiyaya qarşı hamılıqla ayağa qalxması, öz azadlıq səsini dünyaya  çatdırması 1988-ci il 17 noyabr tarixindən başlamışdır. Məhz bu tarix əsrlər boyu əyilmiş qamətimizin düzəlməsinə, azadlıq uğrunda mübarizədə addımlarımızı daha mətin və inamlı atmağa zəmin yaratdı. Nəhayət, xalqımız uzun sürən mübarizənin sonunda öz istiqlaliyyətinə qovuşdu.

Sonra çıxışlar dinlənilib. Filialın Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Lətifə Əhmədova həmin dövrün hadisələrindən, xalqın  vahid məqsəd uğrunda birləşməsindən fəxarət hissi ilə danışıb.

Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qərənfil Rzayeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və öz poetik çıxışı ilə tədbirə rəng qatıb. Onun Xalq şairi Məmməd Araz poeziyasından söylədiyi şeir nümunəsi tədbir iştirakçılarının ruhunu oxşayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi